N.Y.Jukovski Milli aerokosmik universitet “Xarkov Aviasiya İnstitutu”

Xarici Tələbələr: 700+

Orta qiymət: 2500$

Mövcud kurslar: The Aircraft Maintenance,
Aircraft and Rocket Construction and Design
Avionics

Ukraynada aviasiya və kosmik texnika hazırlayıb istesal edən sahələr üçün mütəxəsislər buraxan ən qabaqcıl təhsil müəssisələrindən biridir. İnstitutun bünövrəsi 1930-cu ildə qoyulub, XAİ Ukrayna universitetlərinin TOP-10 sırasına daxildir.

QS University: EECA (Emerging Europe and Central Asia) reytinqi üzrə  bu regionun TOP-100 sırasındadır. XAİ mövcud olduğu müddətdə 53 mindən çox mühəndis hazırlayıb. Ukraynada aviasiya və kosmos sahələrində çalışan ali təhsilli mütəxəsiislərin 80 %-dən çoxu XAİ məzunlarıdır. Hal hazırda universitetdə 64 ixtisas üzrə 11000 çox tələbə təhsil alır və bunun 1200 dünyanın 32 ölkəsindən olan xarici tələbələrdir.

 

Milli aerokosmik universiteti Böyük Britaniyadan, Almaniyadan, Avstriyadan, Belçikadan, İsveçdən, Polşadan, Litvadan, Bolqarıstandan, Çexiyadan, Slovakiyadan, Danimarkadan, Cənubi Koreyadan,Çindən və dünyanın digər ölkələrindən olan tərəfdaşlarla əməkdaşlıq edir.

Universitetin məzunları bu müəssisələrdə çalışa bilərlər:

  • Elmi- tədqiqat mərkəzlərində
  • Energetika şirkətlərində
  • Maşınqayırma müəsisələrində
  • Ali təhsil müəssisələrində
  • Layihə təşkilatlarında
  • Hava gəmilərinə xidmətlə bağlı müəssisələrdə
  • Bütün sahibkarlıq formasına aid müəssisələrdə
Bu paylaşın:

Dəvətnamənin yoxlanması

Dəvətnaməni yoxlamaq üçün məlumatı aşağıdakı formada daxil edin: