Xarkov Milli avtomobil və yol universiteti

Xarici Tələbələr: 500+

Orta qiymət: 1800 $

Mövcud kurslar: Engineering mechanics (industrial engineering)
Transport technology and logistics
Electrical Engineering

Universitetin bünövrəsi 1930-cu ildə qoyulub və özünün elmi məktəbləri, tanınmış alimləri, yüksək dərəcədə peşəkar pedaqoqları, təhsil ənənələri  ilə məşhurdur.

Dövlət sahibkarlıq formasına məxsusdur və Ukrayna təhsil nazirliyi sistemində ən yüksək akkreditasiya  səviyyəsi var. Universitetin diplomu dünyanın 100-dən çox ölkələrində tanınır.

XMAYU yüksək beynəlxalq reytinqə malikdir, beynəlxalq layihələrdə və proqramlarda iştirak edir, 65 ölkədən olan tərəfdaşları ilə əməkdaşlıq edir.

XMAYU alimləri, müəllimləri və tələbələri daima Avropa və Beynəlxalq TEMPUS, ERASMUS, FULBRIGHT, DAAD proqramlarında iştirak edirlər, birgə elmi tədqiqatlar aparmaq, mühazirə eləmək, təcrübə keçmək, ixtisas dərəcəsini qaldırmaq üçün xarici universitetlərə təhsil almağa gedirlər.

50 ildən çoxdur ki, universitetdə sürətli avtomobillər laboratoriyası fəaliyyət göstərir. Burda tələbələr dərsdən sonra auditoriyada aldıqları nəzəri bilikləri təcrübədə tətbiq edirlər. Öz əlləri ilə rekordlu qaçış avtomobillərinin modellərini yaradırlar,  milli və brynəlxalq idman yarışlarında iştirak edirlər (2010-2016 SCHELL-ekomarofon, Formula E8 və başqaları).

Universitetin təhsil korpusları və yataqxanaları şəhərin mərkəzində  yerləşirlər.

Bu paylaşın:

Dəvətnamənin yoxlanması

Dəvətnaməni yoxlamaq üçün məlumatı aşağıdakı formada daxil edin: