ONLİNE QƏBUL

Universitetə qəbul məqsədi ilə online müsahibədən keçmək üçün təlimat.

Təhsil nazirliyinin fərmanı № 1541 01.11.2013-cü ilə əsasən, Xarkov Milli İqtisadiyyat Universitetinin qiyabi bölməsinə qəbul olmaq istəyən xarici vətəndaşlar müsahibəni distant olaraq qəbul komissyasından ‘‘ SKYPE ‘’ vasitəsi ilə keçə bilərlər.

Bunun üçün menyu bölməsindən “Müraciət etmək” seçimini edərək,qeyd edilmiş formanı doldurun, “Təhsil forması” sahəsində – qiyabi seçimini etdikdən sonra “Müsahibəni distant keçmək” qeydini seçib “ SKYPE” üçün qeydiyyat adınızı yazın. Göndərdiyiniz sorguya baxıldıqdan sonra, şirkətin nümayəndələri sizinlə əlaqə saxlayıb müsahibənin nə zaman keçəcəyi haqqında məlumat verəcəklər. Növbəti mərhələdə sizə qeyd olunmuş vaxtda “SKYPE” proqramına daxil olub,pasportunuzu açıq halda göstərərək qəbul komissyasının suallarına cavab verməlisiniz. Bu mərhələni uğurla keçdikdən sonra qəbul komissyasının üzvləri sizə gələcək addımlar haqqında məlumat verəcəklər.

Növbəti mərhələdə müqavilə hazırlanır və Ukrayna Universiteti tərəfindən imzalanıb abituriyentə təqdim olunur. Müqaviləni baxışdan keçirdikdən sonra imzalayıb bizə təqdim edirsiniz. Müqavilənin imzalanmış əslini aldıqdan sonra qəbul əmri verilir və siz Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin tələbəsi olursunuz. İmtahanlara təyin olunmuş vaxtda gəlməyiniz vacibdir.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz: +99 450 695 02 68

Bu paylaşın:

Dəvətnamənin yoxlanması

Dəvətnaməni yoxlamaq üçün məlumatı aşağıdakı formada daxil edin: