Ukraynada təhsil almağın üstünlüyü

Ukrayna – Avropa təhsil sistemli gözəl və qonaqsevər ölkədir. Ukrayna universitetlərində bu gün dünyanın 152 ölkəsindən gəlmiş 60 min xarici tələbə təhsil alır. Və hər il onların sayı artır.

Biz yalnız müxtəlif sahələr üçün yüksək dərəcəli mütəxəssislər hazırlayan Dövlət universitetləri ilə əməkdaşlıq edirik. Xarici tələbələr bu universitetlərdə təkcə nəzəri biliklərlə bərabər yüksək maddi-texniki bazanın hesabına istehsalatda lazım olacaq təcrübə də qazanırlar.

Güclü müəllim heyətinin, dərs prosesində və bütövlüklə təhsil sistemində yeni texnologiyalar tətbiq edilməsi və inkişafı hesabına Ukrayna ali təhsil müəssisələri peşəkar mütəxəssislər hazırlayırlar və onlar öz doğma ölkələrinin nüfuzunu yüksəldə bilərlər.

 

Ukraynada təhsil almağı seçmək üçün 10 səbəb.

 

  1. Ukraynaya giriş şərtlərinin yumşaq və ali təhsil müəssisələrinə qəbul prosedurasının çox sadə olması. Xarici ölkə abituriyentləri üçün vizasız rejim bəzi MDB dövlətlərinə (AZərbaycan, Özbəkistan), bir neçə Avropa ölkələrinə, Kanada, Yaponiya, İsrailə də aiddir. Ukrayna ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahan vermək lazım deyil.
  2. Cəmiyyət tolerantdır. Ukraynada millətlərarası münaqişələr, dini və etnik qarşıdurmalar  yoxdur. Ukraynalılar xarici vətəndaşlarla özlərini tolerant aparırlar və öz qonaqsevərlikləri bütün dünyada məşhurdular.
  3. Ukrainada təhsil almağın qiyməti ucuzdur və Avropa, MDB, Şimali Amerika ölkələrində olan qiymətdən aşağı, təhsilin keyfiyyəti isə onlarla eyni səviyyədədir.
  4. Yataqxanada yer verilir. Ukrayna universitetləri xarici ölkə tələbələrinə yataqxanada yer verir. Yataqxanalarda yaşayış qiyməti çox demokratikdir.
  5. Təhsilin səviyyəsi Avropa ölkələrindəki yüksək səviyyədədir. Ukraynanın qabaqcıl ali təhsil müəssisələri çoxəsrli tarixə, güclü müəllimlər məktəbinə malikdir. Onların çoxu dünya miqyasında tanınmış alimlərdir. Ukraina 2005-ci ildə Bolon deklarasiyası iştirakçısı kimi qəbul olunub və Avropanın digər 46 ölkələri ilə birlikdə təhsil sisteminə malikdir, bu da tələbələrin, məzunların mobilliyini artırır.
  6. Təhsil formasını seçmək imkanı. Ukraynada xarici ölkə vətəndaşları üçün müxtəlif təhsil forması mümkündür: bakalavrat, magistratura,diplomdansonrakı təhsil. Gündüz və qiyabi şıbələrdə təhsil almaq olar. Təhsil dilini özünüz seçə bilərsiniz – rus dili, ingilis dili.
  7. Hazırlıq kursları. Ukrayna ali təhsil müəssisələrinin əksəriyyətində xarici ölkə abituriyentləri üçün rus və ukrayna dillərində hazırlıq kursları yaradılıb. Ali təhsil müəssisələrində təhsilə hazırlıq 6 aydan 10 aya qədər çəkir. Əgər Siz dili kifayət səviyyədə bilmirsinizsə, universitetlər 2-3 aylıq rus dili kursları təklif edirlər və bu kursları əsas dərslərlə paralel şəkildə gedə bilərsiniz. Bu kurslar Sizə cəmiyyətə çox tez şəkildə uyğunlaşmağa, dərs materiallarını daha yaxşı mənimsəməyə köməklik edəcəklər.
  8. Çox geniş ixtisaslar seçmək imkanı. Ukrayna ali təhsil müəssisələrində tibb, hüquq, iqtisadiyyat, mühəndislik, texniki, humanitar və digər sahələrdə ixtisas sahələrində ixtisas almaq olar.
  9. Dünyanın istənilən ölkəsində uğurlu karyeraya start. Ukrayna sənədlərin sadələşmiş şəkildə leqalizasiya edilməsinə səsləyən və Avropadakı ali təhsil dərəcəsini tanıyan Haqqa və Lissabon konvensiyalarının üzvüdür. Ukrayna diplomları dünyanın bütün ölkələrində tanınır.
  10. Avropa həyat səviyyəsinə olan çox gözəl ölkə. Ukrayna- çox gözəl ölkədir. Dağlar, çaylar, göllər, dəniz – fəal və sağlam həyat üçün cox gözəl təbiətdir. Tarixi diqqətəlayiqlik, muzeylər, teatrlar, idmanla məşğul olmaq, müxtəlif növ xobbilər, fəal istirahət – bunun hamısını Siz Ukraynada görə bilərsiniz!

Əgər Ukraynada təhsil almaq haqqında əlavə məlumat almaq istəyirsinizsə, istənilən vaxt bizimlə Sizə əlverişli olan vasitədə əlaqəyə girə bilərsiniz:

+38 (050) 198 64 41

Bu paylaşın:

Dəvətnamənin yoxlanması

Dəvətnaməni yoxlamaq üçün məlumatı aşağıdakı formada daxil edin: